İmişli rayonunun Rəsullu kəndi ərazisində yolu keçən Yalavac kənd sakini Vahid Quliyev həmkəndlisi A.Yusubovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə vurulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB