Goranboy rayonunda itkin düşən 11 yaşlı oğlanın meydi tapılıb.
SİA-nın yerli bürosunun verdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Fərid Təhməzovun cəsədi Goran qəsəbəsində qamışlıq ərazisinə tapılıb.
İlkin ehtimala görə, 11 yaşlı Fərid Təhməzovu öldürməkdə şübhəli bilinən Anar Məmmədov adlı şəxs saxlanılıb. SİA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, saxlanılan şəxs ailənin tanışı olub.
Cinayətkar 11 yaşlı yeniyetməni döyərək öldürüb və daha sonra isə Goran ərazisindəki qamışlığa atıb.
Mərhum həm də ruhi xəstə olub. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB