Oğuz rayonunda yanğın baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, köhnə çörək sexi yanaraq kül olub. Hadisə axşam saatlarında şəhər ərazisində rayon sakini Əlisəfa Seyidova məxsus ümumi sahəsi 320 kvadratmetr olan uzun müddətdir istifadə olunmayan köhnə çörək sexində qeydə alınıb. Dərhal əraziyə Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Hadisə nəticəsində tikilinin yanar konstruksiyaları sıradan çıxıb. Ətrafdakı tikililər isə yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB