Sandıqdan külli miqdarda narkotik çıxdı -VİDEO

Sandıqdan külli miqdarda narkotik çıxdı -VİDEO

Lənkəran Şəhər RPŞ-in əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 5 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. SİA-nın cənub bölgə müxbiri bildirir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Viyən kənd sakini Mərhəmət Kazımov 20 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən 1 ədəd çətənə kolu, həmin həyətdəki yarımçıq tikilidə olan sandığın içərisindən sellofan torbalarda və 133 ədəd kibrit qutusunda ümumilikdə 5 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Mərhəmət Kazımovun həmin narkotik vasitəni həyətyanı sahəsində yetişdirdiyi çətənə kollarından əldə etdiyi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə