Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, rayon ərazisində hərəkətə olan “NİVA” markalı minik avtomobili idarəetməni itirib.

Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər - 1997-ci il təvəllüdlü Hüseynov Niyaməddin,1999-cu il təvəllüdlü Əmraslanov Hüseyn və 2002-ci il təvəllüdlü Məmmədov Natiq müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə