Ağsu rayonunda güclü yanğın başlayıb

Ağsu rayonunda güclü yanğın başlayıb

Ağsu rayonunda güclü yanğın başlayıb.

SİA-nın məlumatına görə, hadisə rayonun Bico kəndi ərazisində baş verib. Kənd ərazisində biçilmiş taxıl sahəsində başlanan yanğın sahəsi 100 hektara yaxın ərazini əhatə edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb edilib.

Hazırda ərazinin söndürülməsi istiqamətində işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə