Quba rayonunda fəhlə işlədiyi binada faciəvi şəkildə ölüb. SİA xəbər verir ki, bədbəxt hadisə şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb. İlkin məlumata görə, tikilidə fəhlə işləyən Quba şəhər sakini, 54 yaşlı Elman Məcnun oğlu Abbasov yıxılaraq ölüb.
Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər. Qeyd edək ki, bir neçə ay bundan öncə həmin binada daha bir fəhlə “tok” vurması səbəbindən ölüb.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB