Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "Yevlax", "Şüvəlan", "Goradil" və "Xaçmaz" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 7 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən SİA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə