Şəkidə güclü yanğın baş verib. SİA xəbər verir ki, hadisə rayonun Aşağı Küngüt kəndi ərazisində qeydə alınıb. Bir neçə istiqamətdə genişlənərək yolun kənarındakı ağaclara, oradan da yaxınlıqdakı fərdi təsərrüfatlara keçən yanğının qarşısını ilk öncə kənd sakinləri almağa çalışıblar. Hadisə yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Havanın küləkli olması yanğının bir neçə istiqamətdə genişlənməsinə və daha böyük əraziləri əhatə etməsinə səbəb olsa da yanğınsöndürənlər tərəfindən qarşısı alınıb.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB