Xaçmaz RPŞ-in əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Gülalan kənd sakini Şahin Yarıyevi saxlayıblar.
SİA xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin şəxsin pay torpaq sahəsinə baxış keçirilən zaman 51 ədəd yaş vəziyyətdə yetişdirilməsi qadağan olunmuş çətənə bitkisi aşkarlanaraq götürülüb. Bundan başqa həmin əraziyə baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqrama yaxın külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı istintaq aparılır.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB