Ucarda dostların istirahəti ölümlə nəticələndi

Ucarda dostların istirahəti ölümlə nəticələndi

Ucar sakini kanalda çimərkən boğularaq ölüb. SİA xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd sakini, 48 yaşlı Yadigar Abbasov dostları ilə birlikdə çimmək üçün Qazyan kanalı adlanan su kanalına tullanıb.

Dostları bir neçə dəqiqə onun sudan çıxmadığını gördükdə, dərhal axtarışa başlayıblar.

Yadigar Abbasovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Ucar rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə