DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, gecə saatlarında şöbəyə rayon ərazisindəki apteklərdən birinə kənar şəxsin qeyri-qanuni yolla daxil olması barədə “həyəcan” siqnalı daxil olub. SİA xəbər verir ki, dərhal mühafizə polisinin əməkdaşları hadisə yerinə gələrək aptekin arxa pəncərəsini sındırıb, sözügedən şəxsi saxlayıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, cinayəti törədən, əvvəllər məhkum olunmuş Elçin Rzayev içəri daxil olaraq oradan nağd pul oğurlamaq istəyib. O, istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB