Qadınları Yunanıstana satmağa hazırlaşan erməni saxlanıldı UKRAYNADA+FOTO
Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti ilə polisin birgə keçirdiyi xüsusi əməliyyatı nəticəsində Mariupol sakinləri olan iki ukraynalı qadını cinsi köləlik məqsədi ilə satmaq istəyən 38 yaşlı Ermənistan vətəndaşı saxlanılıb. SİA xəbər verir ki, bu barədə News.pn-ə Donetsk vilayəti polisinin kommunikasiya şöbəsindən bildirilib.
Belə ki, şübhəli bilinən şəxs digər şəxsiyyəti müəyyən olunmayanla birgə qadınların Afinaya göndərilmələri və orada fahişə kimi istifadə olunmaları üçün cinayət sxemi qurub. Saxlanılan erməni Mariupolun sosial vəziyyətləri ağır olan qadın sakinlərini axtararaq onları bu işə cəlb etməyə çalışıb. O, qadınları görəcəkləri “işin”, yaşayış səviyyələrinin və qidalanmalarının, həmçinin qazanacaqları məbləğlərinin yüksək səviyyədə həll olunacağı vədlərini verib. Guya onlar bir saat intim xidmətlərinə görə 50 və daha yuxarı ABŞ dolları qazanacaqlarmış.
İki qadınla razılıq əldə olunduqdan sonra cinayətkar onların sənədlərinin qeydiyyatdan keçməsi və Yunanıstana getmələri üçün bütün xərclərini ödəyib.
Bu vasitə ilə o, qadınları borc tələsinə salıb, çünki onlar bu pulları xaricdə işləyərək geri qaytarmalı idilər. Təşkilatçı qadınları şəxsən Kiyevdə qarşılayıb və beynəlxalq reyslər həyata keçirən avtobusa qədər müşayiət edib. Məhz həmin vaxt o saxlanılıb. Şübhəli şəxsi 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB