Lənkərandakı meşə yanğını söndürülüb

Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın zamanı 10 ha sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) və Aviasiya dəstəsinin helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə