Denizlidə yanğınların söndürülməsi əməliyyatları icra olunur

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin növbəti yanğın-xilasetmə qrupu hazırda qardaş Türkiyə Respublikasındadır.

Bu gün axşam saatlarında qrup təyinat məntəqəsinə doğru irəliləyərkən Denizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi səbəbindən qrupun hərəkət istiqamətinin dəyişdirilərək operativ qaydada Denizli istiqamətinə yönəldilməsi qərara alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, Denizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz hazırda həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını icra edir.

Ərazidə qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi və qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Denizlidədir.

Bütün xəbərlər Facebook səhifəmizdə