Evlərinin qarşısında dayanan şəxsləri avtomobil vurub

Gəncə şəhərində ağır yol qəzası baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Əziz Əliev küçəsində qeydə alınıb. "VAZ 21 011" markalı avtmobili idarə edən sürücü - 1995ci il təvəllüdlü Əsədov Anar Gündüz oğlu idarəetməni itirib və evlərinin qarşısında dayanan iki nəfər piyadanı vurub.

Qəza zamanı sürücüdən başqa, 1947-ci il təvəllüdlü Reyhan Qocayeva və 1991-ci il təvəllüdlü Maqsud Əliyev xəsarət alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıblar. Hər üç yaralının vəziyyəti ağırdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə