Bərdədə traktorla minik avtomobili toqquşub, bir nəfər dünyasını dəyişib
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə rayonun Qaradəmirçi adlanan kəndində qeydə alınıb.
Hərəkətdə olan traktor qarşıdan gələn “VAZ ”21011 markalı minik maşını ilə toqquşub. Nəticədə “VAZ”da olan bir nəfər hadisə yerində həyatını itirib, digər iki nəfər - Ağcabədi rayon sakinləri İbrahimov Namiq Akif oğlu və Mehrəliyev Təbriz oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB