Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus yolu keçmək istəyən Borsunlu kənd sakini 1964-cü il təvəllüdlü Tanrıverdiyev Qüdrət Həsən oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə