Bakının Nərimanov rayonunda 9 mərtəbəli binada baş vermiş yanğın söndürülüb
Bakının Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 84 ünvanındakı 9 mərtəbəli binada baş vermiş yanğın zamanı mansardada yerləşən 110 kv/m sahəli ikimərtəbəli mənzil və onun dam örtüyü yanıb.
SİA-nın məlumatına görə, yanğınla bağlı ikinci dərəcəli çağırış elan olunub.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) 12 yanğınsöndürən maşını cəlb olunub.
Məlumata görə, yanğın artıq söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB