Sumqayıtda 40 yaşlı kişi qətlə yetirilib

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb.

SİA-nın məlumatına görə, hadisə şəhərin Çerkassı küçəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Quliyev Nurəddin Fəxrəddin oğlu aralarında düşən mübahisə zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

40 yaşlı kişi aldığı bıçaq zərbələrindən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
N.Quliyevi öldürən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə