Sumqayıtda və Goranboyda avtomobillər yanaraq kül oldu

Sumqayıtda və Goranboyda avtomobillər yanaraq kül oldu

Sumqayıt və Goranboyda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinindən SİA-ya verilən məlumata görə, Sumqayıtda "ВАЗ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Goranboy rayonunda "Opel " markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə