Gəncədə toydan çıxan şəxs bıçaqlanıb

Gəncə şəhərində toydan çıxan şəxs bıçaqlanıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şadlıq saraylarının birinin qarşısında baş verib.

Şəhər sakini - 1978-ci il təvəllüdlü Həsənov Tariyel Valeh oğlu qarın boşluğundan bıçaqlanıb. Yaralı ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat edilib.Hazırda vəziyyəti orta ağırdır.

Hələlik 43 yaşlı şəxsin kim tərəfindən bıçaqlandığı məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə