Daha bir rayonda "patı" əməliyyatı

Daha bir rayonda "patı" əməliyyatı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 45 yaşlı Elşən Qasımov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə