Yevlaxda sexdə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 75 m² olan dülgər sexinin içərisində 1 m³ sahədə taxta materialları, 1 m² sahəyə yığılan taxta yonqarı və dam örtüyünün taxta atmaları 75 m² sahədə yanıb. Sexin içərisində iki ədəd dəzgah və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə