Nişanlı gənc idarə etdiyi maşınla su kanalına düşüb və .....

Nişanlı gənc idarə etdiyi maşınla su kanalına düşüb və .....

Lənkəranda avtomobil su kanalına aşıb.

SİA-nın verdiyi məlumata görə, hadisə gecə saatlarında Lerik-Lənkəran yolunun Qurumba kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini olan Aqil Fəxrəddin oğlu Əliyevin idarə etdiyi 90-MP-585 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl yol kənarındakı rabitə dirəyini aşırıb, sonra isə boş olan su kanalına düşüb. Hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları gəlib. Minik avtomobilində heç kimin olmadığını görən xilasedicilər müəyyən axtarışlardan sonra hadisə yerindən 35-40 metr aralıda sürücü A.Əliyevin meyitini tapıblar. Meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Məlumata görə, mərhum nişanlı imiş və Bakıdan rayona bayramlaşmağa gedib. Bir neçə gün sonra isə toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə