Keçmiş qız dostu həyatını bərbad etdi

Təxminən üç il əvvəl Obsesif sevgilisindən ayrılıb yeni bir münasibət qurduğu iddia edilən Emir Toprak, keçmiş sevgilisinin təhdidlərinə və hücumlarına məruz qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hər zaman yeni sevgilisindən ayrılmasa onu öldürəcəyini deyən Obsesif sevgilisi, daha sonra "Başqasına toxundun" deyərək Toprakı öz qaydasında cəzalandırmağa çalışıb.
Bu müddət məhkəmədən bir neçə dəfə təxirə salınma əmri verilsə də, keçmiş sevgilisi, müxtəlif iftiralarla Toprakı həbs etdirməyə çalışıb.

Toprak bütün ittihamlardan bəraət alıb və bir müddət sonra bıçaqlı hücuma məruz qalıb. Keçmiş sevgilisindən ayrıldıqdan sonra yaşadıqlarını izah edən Emir Toprak deyib: “Keçmiş sevgilimdən ayrıldım və başqası ilə münasibət qurdum. Keçmiş sevgilim daim məni hədələyirdi. O öldürəcəyini, məndən intiqam alacağını, məni zindana saldıracağını deyirdi. İllərdir bu cür açıqlamalarla həyatımı məhv etdi. Bundan sonra dedim ki, özünə zərər vermə, sevgilimdən ayrılacağam. Sevgilimdən ona heç nə etməməsi üçün ayrıldım. Gedəndən sonra "Sən başqasına toxundun" deyərək mənə böhtan atdı və həbs olunmağımı istədi. Bu dövrdə son dərəcə depressiyada idim.
Bu müddətdə məni məhkəməyə verir, barəmdə həbs qətimkan tədbiri seçilməsini tələb edirdi, əlbəttə hamısından bəraət aldım. Bir vaxt sonra yol qəzasına düşdüm və əlim qırıldı. Bunu da sosial media hesablarımda paylaşdım. O insanlar mənim həssaslığımı seyr etdikləri üçün bu vəziyyətdən istifadə edib evimə bıçaqla basqın etdilər. Lüks bir avtomobildə qapıma gəldilər və məni maşına mindirməyə çalışdılar”.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə