Biləsuvarda 15 yaşlı yeniyetmə çayda boğulub

Biləsuvarda 15 yaşlı yeniyetmə çayda boğulub

Biləsuvarda 15 yaşlı yeniyetmə çayda boğulub.

SİA xəbər verir ki, bədbəxt hadisə Biləsuvar şəhəri ərazisində, Bolqarçayda qeydə alınıb.

Şəhər sakini, 2006-cı il təvəllüdlü Fərid Seymur oğlu Məmmədov çayda çimərkən ondan yaşda kiçik olan əmisioğlunu boğulmaqdan xilas etsə də, özü boğulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə