Samuxda bir ailənin üç üzvü yol qəzasına düşüb

Samuxda bir ailənin üç üzvü yol qəzasına düşüb

Samux rayonunda yol qəzasında 4 nəfər xəsarət alıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Alıuşağı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21011 "markalı minik maşını ilə “Opel” markalı avtomobil toqquşub.

Qəza zamanı 4 nəfər xəsarət alıb. Xəsarət alanların 3-ü bir ailənin üzvüdür. Yaralılar 47 yaşlı Qəhrəmanov İlham Sədrəddin oğlu, 45 Qəhrəmanova Mehriban İlyas qızı, 25 yaşlı, Qəhrəmanov Sədi İlham oğlu və Abbasov Röyal Saleh oğludur. Xəsarət alan şəxslər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə