Bakıda qəssab ehtiyatsızlıqdan ürəyindən bıçaq xəsarəti alıb

Bakıda qəssab ehtiyatsızlıqdan ürəyindən bıçaq xəsarəti alıb

Bakının Suraxanı rayonunda ehtiyatsızlıqdan bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.

Xəlilov küçəsində yaşayan 1974-cü il təvəllüdlü Əliyev Zaur Eldar oğlu bıçağı “laqonda” ilə itiləyərkən bıçaq onun əlindən çıxaraq ürək nahiyəsinə batıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə