Şəmkirdə kanalda batan 25 yaşlı gəncin meyiti tapılıb

Şəmkirdə kanalda batan 25 yaşlı gəncin meyiti tapılıb

Şəmkir rayonu, Mahmudlu kəndində su kanalında batan 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, K.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə