Gəncədə yaşayış massivinə yaxın ərazidə yanğın baş verib - FOTO

Gəncədə yaşayış massivinə yaxın ərazidə yanğın baş verib - FOTO

Gəncə şəhərində yaşayış massivinə yaxın ərazidə yanğın baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Azərbaycan küçəsi, 97A ünvanında qeydə alınıb. Hadisə yerinə Kəpəz rayon Dövlət Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən briqadası cəlb olunub və alovu söndürmək mümkün olub.

Yanan ərazi boş sahə olsa da yaşayış massivinə və tikilən evlərə təxminən 100 metr məsafədə yerləşir. Sakinlərin sözlərinə əsasən, bu ilk belə hadisə deyil, daha əvvəllər də bu ərazidə yanğın qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə