Binəqədidə mənzildən 57 yaşlı kişinin meyiti tapılıb

Binəqədidə mənzildən 57 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Nağıyev Nizami Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə