Şəmkirdə dəhşətli qəza - 3 ölü, 2 yaralı var

Şəmkirdə dəhşətli qəza - 3 ölü, 2 yaralı var

Şəmkirdə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə gecə saatlarında Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "QAZel" markalı, kiçik tutumlu yük maşını ilə "QAZ 31105" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 38 yaşlı Əliyev Aydın Valeh oğlu, 32 yaşlı Məmmədov Ramiz Zakir oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir nəfər dünyasını dəyişib, 39 yaşlı Şahin Məmmədov və 50 yaşlı Ədalət Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə