Salyanda avtomobil beton dirəyə çırpılıb, 3 nəfər xəsarət alıb

Salyanda avtomobil beton dirəyə çırpılıb, 3 nəfər xəsarət alıb

Salyanda avtomobil beton dirəyə çırpılıb, 3 nəfər xəsarət alıb.
SİA xəbər verir ki, Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası rayonun Stansiya yaşayış massivində qeydə alınıb. “Azsamand” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı beton dirəyə çırpılıb. Qəza nəticəsində Salyan şəhər 20 yanvar küçəsinin sakinləri, 19 yaşlı Tağızadə Fərhad İlqar oğlu, 21 yaşlı Babayev Etibar İlqar oğlu və 19 yaşlı Cavadov Vüqar Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə