Astarada dəhşətli qəza: ölü və yaralılar var - VİDEO

Astarada dəhşətli qəza: ölü və yaralılar var - VİDEO

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə günorta saatlarında rayonun Pensər-Hamuşam yolunda yolsuzluq şəraitində qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Mamusta kənd sakini Akif Vəliyevin idarə etdiyi "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb və nəticədə sürücü ağır dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Onun sərnişini Astara rayonunu Motluyataq kənd sakini, 31 yaşlı Amid Nəsirli hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə