Bakının Nəsimi rayonunda 37 yaşlı şəxs bıçaqlanıb

Bakının Nəsimi rayonunda 37 yaşlı şəxs bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Şamil Əzizbəyov küçəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Ağalarov Anar Ramiz oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, kürək nahiyyəsinin sol döş qəfəsindən bıçaqlanıb.
Yaralı kürəyində bıçaqla xəstəxanaya çatdırılıb. Həkimlər bıçağı maddi sübut kimi polisə təhvil verib.
Yaralı cərrahi əməliyyat olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə