Bakının Binəqədi rayonunda 16 yaşlı yeniyetmə 31 yaşlı şəxsi qətlə yetirib

Bakının Binəqədi rayonunda 16 yaşlı yeniyetmə 31 yaşlı şəxsi qətlə yetirib

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Skaxəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.

1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb.

Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə