Gəncədə 12 yaşlı piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
SİA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 2009-cu il təvəllüldü Ağayev Kamal İman oğlunu vurub.
Yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirlir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov




USD
EUR
GBP
RUB