Bakının Nərimanov rayonunda "Mersedes"in vurduğu piyada hadisə yerində keçinib
Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.
SİA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Belə ki, piyada üçün müəyyən edilməmiş hissədən keçən, təxminən 60-70 yaşlı kişini “Mercedes” markalı avtomobili idarə edən Bağırov Rauf Çingiz oğlu vurub. Hadisə nəticəsində piyada ölüb. Sürücü isə hadisənin təsirindən şoka düşüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB