Samux rayonunda 53 yaşlı kişi bıçaqlanıb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qiyaslı kəndində baş verib. Bıçaqlanan Əhmədov Rövşən Qədir oğlu ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti orta ağırdır.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Artıq faktla bağlı araşdırma başlanılıb, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisənin təfərrüatları dəqiqləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB