Kür çayında batan digər şəxsin də meyiti tapılıb

Kür çayında batan digər şəxsin də meyiti tapılıb

08.07.2021-ci il tarixində Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, H.Fəttahovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə