İki avtomobil toqquşdu - Sabirabadda

İki avtomobil toqquşdu - Sabirabadda

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Çölbeşdəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Qəza zamanı, rayonun Çölbeşdəli kənd sakini, 1980-ci il təvəllüdlü Əliyev Rahib Eyvaz oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə