29 yaşlı şəxs yaralanaraq öldü - BƏDBƏXT HADİSƏ

29 yaşlı şəxs yaralanaraq öldü - BƏDBƏXT HADİSƏ

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib. Hadisə nəticəsində evin əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1992-ci il təvəllüdlü Höcətov Ülfət Cümşüd oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə