Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib, bir nəfər dünyasını dəyişib
Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-də olan 2002-ci il təvəllüdlü Məmmədov Eşqin Vüqar oğlu ağır xəsarət alıb.
Avtomobilin digər sərnişini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Qurban Saqif oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB