41 yaşlı Neftçala sakini doğma qardaşını bıçaqlayıb

41 yaşlı Neftçala sakini doğma qardaşını bıçaqlayıb

Neftçalada qətl hadisəsi baş verib. Rayon sakini öz qardaşı tərəfindən öldürülüb.
SİA xəbər verir ki, qətl hadisəsi bu gün axşam saatlarında rayonun Həsənabad qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1980-ci il təvəllüdlü Məmmədov Vahid Bayram oğlu və qardaşı 1976-cı il təvəllüdlü Məmmədov Zaur Bayram oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə Vahid öz qardaşı Zauru bıçaqlayaraq öldürüb.
Hadisəni törədən Məmmədov Vahid Bayram oğlu hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə