Ucarda ehtiyatsızlıq ölümlə nəticələndi - VİDEO

Ucarda ehtiyatsızlıq ölümlə nəticələndi - VİDEO

Ucarda bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Müsüslü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 45 yaşlı Natiq Ağayev elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Üç uşaq atası olan Natiq Ağayevi su nasosu ilə həyətyanı sahəsini suvaran zaman ehtiyatsızlıq nəticəsində “tok” vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə