Son xəbərlərə görə, "Çiftlik Bank" işi üzrə şübhəli Mehmet Aydının ifadəsi Anadolu Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlərə dair işlər üzrə bürosunda alınmağa başlayıb. Digər tərəfdən, polis bölməsindəki ifadəsində sərvətini açıqlayan Aydın diqqət çəkici açıqlamalar da verib.
İstanbul Anadolu Baş Prokurorluğunun əmri ilə 3 iyul İstanbul Hava Limanında tutulan "Çiftlik Bankı" işində şübhəli olan Mehmet Aydının işi ədliyyəyə göndərilib. Aydının 4 gün davam edən məhkəmə prosesi İstanbul Təhlükəsizlik Müdirliyi Maliyyə Cinayətləri şöbəsində tamamlanıb.
Mehmet Aydın polis bölməsində verdiyi açıqlamada "Çiftlik Bank" layihəsini ilk növbədə bir internet oyunu olaraq dizayn etdiyini söyləyib. Qurduğu oyuna yüksək maraq olduğu zaman bir şirkət qurmağa qərar verdiyini söyləyən Aydın, “Kiprdə qurduğum şirkət vasitəsilə sistemi idarə etməyə başladım. Vaxt keçdikcə şirniyyat və fermer təsərrüfatları açdım”, deyib.
Aydın bəzi insanların ondan pul tələb etməyə başladığında arvadı ilə birlikdə xaricə getdiyini və geri dönmədiyini söyləyib.
Xaricdə olduğu müddətdə müxtəlif ölkələrdə şirkətlər açdığını söyləyən Mehmet Aydın “İşçilərim Türkiyədə Çiftlik Bank işini həyata keçirirdi. Çiftlik Bank sistemində kiməsə qəti bir qazanc vəd edilməyib: "Yalnız bir şəkildə sistemin qapandığı təqdirdə onlara pulunu geri qaytarma zəmanəti verilirdi".
Aydın istintaqı mətbuatdan izləyib, Çiftlik Bankının qurbanlarının 64 milyon TL zərərə düşdüklərini görüb və təslim olmağa qərar verib. Bildirib ki, Çiftlik Bankdakı sərvətin 200 milyon TL-si bütün zərəri əhatə edə biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB