Taxıl sahəsi yanıb

Qusar rayonunun Ləgərqışlaq kəndində 300 kiloqram ot bağlaması, 1,4 ha sahədə biçilmiş taxıl sahəsi və 3,5 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə