Göyçayda dəhşətli ailə qətli - VİDEO

Göyçayda dəhşətli ailə qətli - VİDEO

Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə ötən gün saat 19:30 radələrində rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib. İki uşaq anası olan Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası nəticəsində hadisə yerində dünyasını dəyişib.

Daha sonra hadisəni törədən Elnur Cavadov həmin silahla öz çənəsinin altından bir dəfə atəş açaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə