Şəmkir sakini arı sancmasından zəhərlənib.
SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Qabil Məmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxsi öz təsərrüfatında işləyən zaman arı sancıb.
İlham Məmmədov




USD
EUR
GBP
RUB